Azərbaycanda sığortalanmış fermerlərə girovsuz kreditlər veriləcək

12:56 - 24.05.2018


24 may, Fineko/abc.az. Azərbaycanda Türkiyənin aqrar sığorta modeli tətbiq olunacaq.

Kənd Təsərrüfatı Proqramları və Kreditləri üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, model, xüsusi sığorta fondunun və icra orqanının yaradılmasını nəzərdə tutur.

“İcra orqanı dövlət və fərdi sığorta şirkətlərindən ibarət olacaq”, - Mirzə Əliyev belə deyib.

Onun sözlərinə əsasən,  ilk mərhələdə aqrar sığorta, dövlət proqramlarında nəzərdə tutulmuş prioritet istiqamətləri, sonra isə digər sahələri əhatə edəcək.

“Aqrar sığortanın mövcudluğu, irəlidə fermerlərə və aqrar istehsalçılara girovsuz kreditlər verməyə imkan verəcək”, - deyə Mirzə Əliyev bildirib.

 

 

Вся лента