Altı ayı 6.2 milyon manat xalis mənfəətlə başa vuran Bank - Hesabat

11:44 - 26.07.2022


26 iyul, Fineko/abc.az. “Bank VTB (Azərbaycan)” ASC 2022-ci ilin birinci yarımilin maliyyə nəticələrini açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, VTB (Azərbaycan) I yarımili 6.2 milyon manat xalis mənfəətlə başa vurub.

Qeyd olunub ki, 30 iyun 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 20.5 milyon manat, o cümlədən faiz gəlirləri 12.5 milyon manat, qeyri-faiz gəlirləri – 8 milyon manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 63.5%, qeyri-faiz gəlirləri isə 2.4 dəfə artıb.

Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.3 dəfə artaraq ikinci rübün sonuna 6.2 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad

Вся лента