Gəncədə sənaye parkı yaradıla bilər - Məsələyə baxılır

15:12 - 28.07.2022


28 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi Gəncə şəhərinin ətrafında sənaye parkının yaradılması imkanlarını nəzərdən keçirir.

ABC.AZ xəbər verir ki, bunu "Report"a müsahibəsində Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

"Ölkənin digər yerlərində sənaye parklarının yaradılması ilə bağlı məsələyə mütəmadi olaraq baxılır. Amma sənaye parklarının yaradılması çox da asan məsələ deyil. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə sənaye parklarının yaradılması bizi çətinliklərlə üzləşdirir. Çünki normal işçi qüvvəsinin tapılması, hazır infrastrukturun olması, sənaye müəssisələrini inşa edən şirkət üçün yaxınlıqda yaşayış massivinin olması mühüm amillərdən biridir”, - o deyib.

Вся лента