Aktivləri 2 mlrd. manatdan çox olan banklar – Siyahı

12:30 - 1.08.2022


1 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə aktivləri 2 milyard manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (12 082,955 milyon manat), “Kapital Bank” (7 606,111 milyon manat), “PAŞA Bank” (7 422,062 milyon manat) və “Xalq Bank” (2 532,37 milyon manat) ASC-lərdir.

Qalan 22 bankdan 3-də aktivlər 1-2 milyard manat arasında, 8 bankda 500 milyon manatdan 1 milyard manata qədər, 9 bankda 100-500 milyon manat arasında, 2 bankda isə 100 milyon manatdan azdır. 

Вся лента