Çərşənbə axşamı keçiriləcək depozit hərracında 350 milyon manat cəlb ediləcək

12:53 - 25.05.2018


25 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirilməsini elan edib.

AMB-dan verilən məlumata əsasən, hərrac 29 may 2018-ci il tarixində “Bloomberg” ticarət platformasında keçiriləcək.

“Hərrac vasitəsi ilə 8,01% – 10,99% dərəcə üzrə 350 milyon manat həcmində vəsaitin cəlb edilməsi planlaşdırılır. Vəsaitlər 13 gün müddətinə cəlb ediləcək”, - məlumatda belə deyilir.

AMB 13 iyun 2016-cı il tarixindən etibarən depozit hərracları keçirir.

 

Вся лента