“Azəri Light”ın qiyməti qalxdı, “Brent” və “WTI” isə ucuzlaşdı

13:00 - 25.05.2018


25 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,23 dollar (0,28%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 80,12 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin iyul ayının fyuçersinin  qiyməti  0,59 dollar (0,83%) azalaraq  70,12 dollar/barelə təşkil etmişdir.

Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftə olan iyul fyuçerslərin qiyməti  1,03 dollar (1,31%) enərək 77,76 dollar / barelə təşkil edir.

“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi  hazırda 7,64 dollar / barelə təşkil edir.

 

Вся лента