VTB (Azərbaycan) Gənc Liderlər üçün Yay Universiteti layihəsinə dəstək verib - Foto

11:00 - 2.08.2022


2 avqust, Fineko/abc.az. VTB (Azərbaycan)-ın dəstəyi ilə “Gənc Liderlər üçün Yay Universiteti” keçirilib. Layihə fəal gənclərin liderlik səriştələrini hərtərəfli inkişaf etdirmək və üfüqlərini genişləndirmək üçün nəzərdə tutulub.

Universitet çərçivəsində bank gənc liderlər üçün “Maliyyə bazarlarında rəqəmsallaşma tendensiyaları və innovasiyaların tətbiqi” mövzusunda təlim təşkil edib. Təlim çərçivəsində gələcək peşəkar menecerlərə Azərbaycanın maliyyə bazarlarında rəqəmsallaşma ilə bağlı mövcud vəziyyət, dünya təcrübəsi, bu sahədə mövcud tendensiyalar və inkişaf perspektivləri barədə məlumat verilib.

Təşkilatçılar iştirakçılara intellektual oyunlar, treninqlər və əyləncəli proqram təklif etmiş, dövlət və ictimai təşkilatların nümayəndələri tələbələr qarşısında salamlama sözləri ilə çıxış etmişlər.

“Gənclərin peşəkar inkişafı VTB (Azərbaycan)-ın prioritetlərindən biridir. Bank Azərbaycan məktəblərinin şagirdləri üçün maliyyə savadlılığı üzrə təlimlərə və olimpiadalara fəal dəstək verir, həmçinin yay təcrübələrini təşkil edir. Bu, karyerasını maliyyə sektorunda davam etdirməyi planlaşdıran tələbələrin kompetensiyalarını genişləndirir və gənc mütəxəssislərə seçdikləri yolda ilk addımları atmağa imkan verir. Hesab edirik ki, belə maarifləndirici tədbirlər gənclərin təcrübə qazanmasında və karyera yüksəlişində mühüm rol oynayır”, - deyə, VTB (Azərbaycan)-ın Reklam, Marketinq və Xüsusi Layihələr Şöbəsinin rəhbəri Kristina Danyalova bildirib.

Bu il “Gənc Liderlərin Yay Universiteti”ndə iştirak etmək üçün 2,4 mindən çox tələbə müraciət edib. Onlardan 100 nəfər seçilərək layihənin iştirakçısı olub.


Вся лента