Pasha Bank Georgia kredit portfelini artırıb – Hesabat

11:23 - 2.08.2022


2 avqust, Fineko/abc.az. «Paşa Bank»ın Gürcüstandakı törəməsi «Pasha Bank Georgia» 2022-ci ilin ilk yarısını zərərlə başa vurub.

ABC.AZ fed.az-a istiandla xəbər verir ki, bu barədə bankın hesabatında bildirilir.

Hesabata əsasən, 2-ci rübün sonuna bankın aktivləri 457,4 milyon lari olub. Bu ötən ilin eyni dövründən 44 milyon lari və ya təqribən 10% artıqdır.

Aktivlərin artımı demək olar ki, tamamilə kreit portfelinin artımı ilə bağlıdır – 45 milyon lari və ya 15,6% artımdan sonra kredit portfeli 333 milyon lariyə yüksəlib.

Bankın digər göstəricilərində ciddi dəyişiklik olmayıb, məlumat üçün bildirək ki, «Pasha Bank Georgia»nın aktivləri sırasında 37,3 milyon lari vəsait Gürcüstan Milli Bankndakı hesablarda, 43,8 milyon lari başqa banklarda saxlanılır. Daha 41 milyon lari isə qiymətli kağızlara yatırılıb.

Bankın öhdəlikləri isə bu dövrdə 26 milyon lari və ya 7,7 milyon lari artaraq 365 milyon lariyə yüksəlib. Öhdəliklərin böyüməsi bankda müddətli depozitlərni həcminin artımı ilə bağlıdır – 138 milyon laridən 167 milyon lariyə.

«Pasha Bank Georgia»nın cəmi kapitalı isə 18 milyon lari artaraq 74 milyondan 92 milyonlariyə yüksəlib.

Amma bankın böyük miqdarda zərəri  var. Məsələ bundadır ki, səhmdarlar banka 129 milyon lari yatırdıqları halda, ondan təqribən 37 milyon lari vəsaiti «zərər əridib». Nəticədə cəmi kapital 92 milyon lari olub.

Вся лента