Azərbaycan Dövlət Gömrük Komitəsi SMS-bildiriş sistemi tətbiq edəcək

14:45 - 25.05.2018


25 may, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) fəaliyyətinin səmərəliliyi və şəffaflığını artırmaq üçün çalışır.

DGK-in sədri Səfər Mehdiyev bildirib ki, komitə öz fəaliyyətində yeniliklər tətbiq edir.

“Beləliklə, yaxın günlərdə komitə, sərhədə yaxınlaşan yük haqqında SMS-bildiriş, malın vergi məbləği barədə SMS vasitəsilə məlumat kimi yeni xidmətlərdən istifadə etməyə başlayacaq. Yeni xidmət ticarətin sadələşdirilməsinə, həmçinin, gömrük prosedurlarının vaxtını azaltmağa kömək edəcək”, - deyə Səfər Mehdiyev bildirib.

 

Вся лента