Qiymətli kağızlara investisiyaları azalan banklar- Siyahı

12:12 - 4.08.2022


4 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 22-nin bu il və ötən il aprelin 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 15-də fond bazarına investisiyaların illik dinamikası mənfi olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, həmin banklar “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “PAŞA Bank”, “Xalq Bank”, “AFB Bank”, “Rabitəbank”, “Turan Bank”, “Bank Respublika”, “Zıraat Bank Azərbaycan” “Bank of Baku”, “Express Bank”, “Yelo Bank”, “Bank BTB” və “Bank VTB Azərbaycan” ASC-lər, Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır. Ən çox azalma "Bank BTB”də (67,7%), ən az azalma isə ABB-də (0,6%) qeydə alınıb.

7 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar “Naxçıvan Bank”, “Kapital Bank”, “Bank Avrasiya”, “Azər-Türk Bank” və “Unibank” ASC-lər, “Yapı Kredi Bank” və “Access Bank” QSC-lərdir. Ən yüksək dinamika "Naxçıvan Bank”da (3,9 dəfə dəfə), ən aşağı dinamika isə “Unibank”da (23,8% çox) qeydə alınıb.

4 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lər son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Вся лента