Sumqayıt Kimya Sənaye Parkının ərazisində daha yeddi müəssisə istismara veriləcək

15:48 - 25.05.2018


25 may, Fineko/abc.az. 2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisində daha yeddi müəssisə istifadəyə veriləcək.

Parkın direktoru Nazim Talıbovun sözlərinə görə, sənaye parkları ərazisində fəaliyyət göstərən rezidentlərin layihələrinin investisiya portfeli 3,5 milyard dollar səviyyəsində qiymətləndirilir və bu günə qədər 2,6 milyard dollar artıq investisiya yatırılıb.

“Cari il Sumqayıt Kimya Sənaye Parkının ərazisində yeddi yeni müəssisə istifadəyə veriləcək. Bu, azot gübrələri istehsalı  zavodu, “SOCAR Polymer” şirkətinin  iki müəssisəsi, siqaret istehsalı zavodu və digər müəssisələrdir”, - deyə N.Talıbov bildirib.

 

Вся лента