TamGənc kartı ilə gəncliyini TAM yaşa!

16:12 - 5.08.2022


5 avqust, Fineko/abc.az.  Müasir, universal və faydalı bank məhsulları ilə  müştərilərini daima sevindirən ABB bu dəfəgənclərin istifadəsi üçün yeni məhsulunu təqdim  edib. 18-25 yaş arası gənclərin faydalanacağı TamGənc kartı  öz üstünlükləri iləcavan nəslin nümayəndələri üçün bir çox bank xidmətlərindən müxtəlif güzəştlərlə  yararlanmaq imkanı təklif edir.

Yeni TamGənc kartı  sahibləri ölkədaxili kartlara 2000 AZN-dək köçürmə  vəölkədaxili  ATM-lərdə 5000 AZN-dək nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən heç bir komissiya haqqı ödəməyəcəklər. Bankın təqdim etdiyi yeni kart məhsulu ilə hesabda olan pul qalığına illik 6%-dək gəlir, həmçinin marketlər, restoranlar, elektronika və  geyim mağazaları, yanacaq doldurma məntəqələrində  alış-veriş zamanı keşbek  əldə  etmək mümkündür. Bir sıra məkanlarda isə  TamGənc kartı ilə ödəniş zamanı keşbek qazancı 5% təşkil edir.  Bura kitab mağazaları,  muzeylər,  taksi və  nəqliyyat xidmətindən istifadə  və  musiqi platformalarında aparılan ödənişlər aiddir.

18 yaşını qeyd edən gənclər üçün isə  daha bir sevindirici məqam var. Beləki, həmin gənclər doğum günü tarixlərindən etibarən 30 gün  ərzində  TamGənc kartıməhsulu üçün müraciət etdikdə, kartı tamamilə pulsuz əldə edirlər*.“Gəncliyini Tam Yaşa!” şüarı ilə  buraxılan yeni TamGənc kartı  məhsulu öz üstünlükləri ilə  gənclərin aktiv həyat tərzinə  xitab etməklə  onların asan və  rahat bankçılıq xidmətlərindən yararlanması üçün   nəzərdə  tutulub.  TamGənc kartının sifarişi onlayn qaydada bu link vasitəsilə və ya ABB Mobile tətbiqi ilə mümkündür.

Müasir dövlət bankı olan ABB-nin universal və  faydalı məhsul və  xidmətləri ilə  bağlı  ətraflı məlumatı bankın filial və  şöbələrindən,  www.abb-bank.az  internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

*ödənişsiz kart yalnız Bankın filial və şöbələrindən əldə edilə bilər.

Вся лента