Rusiya Azərbaycanla Rəşt-Astara layihəsinə qoşulmaq imkanını müzakirə edir

17:20 - 25.05.2018


25 may, Fineko/abc.az. “Rusiya Dəmir Yolları” ASC, Rəşt-Astara layihəsinə qoşulmaq üçün danışıqlar aparır.

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarinin sözlərinə görə, danışıqlar Azərbaycan və İranla birgə aparılır.

"Biz görürük ki, Rəşt-Astara layihəsində  bizim iştirakımız olacaq və  bu, əlbəttə ki, yalnız Xəzər dənizi deyil, böyük  “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq və Avropaya nəqliyyatın yaxşı diversifikasiyasını, həmçinin, yüklərin Sibir, Orta Asiya və Çindən göndərilməsini təmin edəcəkdir. Bu dəmir yollarına tələbat olacaq” -  A.Mişarin deyib.

 

Вся лента