Yeddi ayda Azərbaycanda 27,3 mlrd. kubmetr qaz hasil edilib

17:11 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 27,3 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən ABC.AZ-a bildirilib ki, qazın 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 14,8 milyard kubmetri “Şahdəniz”dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub.

Qeyd olunur ki, ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz, yəni 3,2 milyard kubmetr artımla qaz hasil edilib.

Вся лента