Əməliyyat gəlirləri 70 mln. manatdan çox olan banklar

11:00 - 16.08.2022


16 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı əməliyyat gəlirləri 70 milyon manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Kapital Bank” (480,348 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (335,496 milyon manat), “PAŞA Bank” (223,849 milyon manat), “Unibank” (99,743 milyon manat) və “Bank Respublika” (79,859 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 18-də əməliyyat gəlirləri 10-70 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan az olub. 

Вся лента