Əməliyyat gəlirləri azalan banklar 

11:15 - 16.08.2022


16 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Premium Bank”, “Günay Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma Pakistan bankında (28,5%), ən az azalma isə “Premum Bank”da (0,2%) qeydə alınıb.
Qalan 21 bankın isə əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (86,6%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (4.1%) qeydə alınıb.

Вся лента