Qeyri neft-qaz sektorunda istehsal  10,7 % faiz artıb

15:00 - 17.08.2022


17 avqust, Fineko/abc.az. 2022-ci ilin yeddi ayında neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalıb, sənayenin qeyri neft-qaz sektorunda isə 10,7 faiz artıb.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.

Qeyd edilir ki, sənaye məhsulunun 75,6 faizi mədənçıxarma, 20,5 faizi emal, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Вся лента