Dünyanın ən böyük fondu 174 mlrd. dollar zərər edib

15:38 - 17.08.2022


 17 avqust, Fineko/abc.az. 1,3 trilyon dollarla dünyanın ən böyük fondu olan Norveç Sərvət Fondu bu ilin ilk yarısında 174 milyard dollar zərər gördüyünü açıqlayıb.

ABC.AZ xarici mediayaya istinadla xəbər verir ki, Fondun verdiyi açıqlamada, 2022-ci ilin ilk 6 ayında 174 milyard dollar zərərə məruz qalıb. Fondun sərmayələrinin böyük hissəsinin olduğu səhmlər 17 %, sabit gəlirli aktivlər isə 9,3 % azalıb.

Fondun qeyri-dövlət daşınmaz əmlak aktivləri 7,1 % artsa da, bu aktivlər ümumi investisiyaların 3 faizini təşkil edir.
Fondun rəhbəri Nikolay Tangen bunu bazarda yüksələn faiz dərəcələri, yüksək inflyasiya və Avropadakı müharibə ilə əlaqələndirir.

Вся лента