Almaniyanın enerji nəhəngi rekord zərər edib

16:47 - 17.08.2022


 17 avqust, Fineko/abc.az. Keçən ay 17 milyard avroluq xilasetmə paketi ilə iflas ərəfəsində olan və Almaniyanın enerji şəbəkəsində kritik rol oynayan Uniper SE rekord itkisini açıqladı.

ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki, Uniper SE 12 milyard avrodan çox zərər verdiyini açıqladı və Avropa enerji bazarının üzləşdiyi böhranın miqyasını ortaya qoyan Almaniya tarixində ən böyük itki verən şirkət oldu.

Firma qeyd edib ki, Uniper-in IFRS (Beynəlxalq Maliyyə Hesabatları Standartları) baxımından itkisi gələcək qaz çatışmazlığı səbəbindən 6,5 milyard avro, Şimal axını 2 ilə bağlı problemlər səbəbindən 2,7 milyard avro, qalan hissəsi isə qlobal əmtəə qiymətlərinin artması ilə bağlıdır.

Вся лента