Əhalinin gəlirləri açıqlanıb

17.08.2022,17:15


 17 avqust, Fineko/abc.az. 2022-ci ilin yeddi ayında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20 faiz artaraq 38 milyard 797,2 milyon manata çatıb.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.

Qeyd olunur ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 3859 manatlıq gəlir düşüb.
Əhalinin sərəncamında qalan gəlirləri 34 milyard 568,7 milyon manat təşkil edib.