İlham Əliyev “Microsoft” ilə əməkdaşlığın perspektivlərini müzakirə etdi

17:17 - 29.05.2018


29 may, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidenti Filip Roqu qəbul edib.

Görüş zamanı Azərbaycanla “Microsoft” arasında əməkdaşlığın effektivliyi, habelə şirkətin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd edildi.

Filip Roq şirkətin fəaliyyəti barədə dövlət başçısına məlumat verib.

İlham Əliyev bildirdi ki, İKT sahəsi qeyri-neft iqtisadiyyatının prioritet sahəsidir və bu sahədə görülən işlər barədə danışdı.

Tərəflər əməkdaşlığın perspektivlərini müzakirə etdilər.

 

Вся лента