SOCAR və JOGMEC əməkdaşlıq haqqında memorandum imzaladılar

12:44 - 30.05.2018


30 may, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Memorandum, Bakıda keçirilən “Xəzər Neft və Qaz” 25-ci yubiley Beynəlxalq Konfransı çərçivəsində imzalanıb.

Memorandum, geoloji və geofiziki tədqiqatlar, texniki əməkdaşlıq, habelə insan resurslarının inkişafı sahəsində əməkdaşlığı nəzərdə tutur.

Azərbaycanın neft-qaz layihələri Yaponiya şirkətlərinin daim diqqət mərkəzindədir. 20 ildən artıqdır ki, Azərbaycanın yeni neft stretagiyası çərçivəsində SOCAR və Yaponiyanın İTOCHU, İNPEX şirkətləri qarşılıqlı maraqlar əsasında səmərəli əməkdaşlıq həyata keçirirlər.

JOGMEC şirkətinin  rəhbərliyi  Azərbaycana dəfələrlə səfər etmiş, SOCAR və ITOCHU şirkətləri tərəfindən Pirallahı yatağında layların neftveriminin artırılması üzrə aparılan birgə tədqiqat işinin gedişi ilə tanış olmuşlar və gələcək əməkdaşlığa dair təkliflər də buradan yaranmışdır.

Yaponiya Neft, Qaz və Metallurgiya Korporasiyası (JOCMEG) 2004-cü ilin fevral ayında Yaponiya Milli Neft Korporasiyası (JNOC) və Yaponiya Metallurgiya-Mədən Agentliyinin (MMAJ) birləşməsi nəticəsində yaranmışdır. JOGMEC şirkəti, ITOCHU, İNPEX və digər  şirkətlərin xaricdə neft-qaz sahəsində fəaliyyətlərinə texniki və maliyyə dəstəyi göstərir.

 


Вся лента