“Mastercard” və “Cahan” supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

12:50 - 30.05.2018


Qlobal ödəniş texnologiyalarının lideri sayılan “Mastercard” şirkəti “Cahan” supermarketi ilə birgə Naxçıvanda yeni kampaniyaya start verib.

Kampaniya çərçivəsində 30 AZN və ya daha yüksək məbləğdə alış-verişini “Mastercard” və ya “Maestro” kartları ilə ödəyən bütün müştərilər elə yerindəcə təklif edilən hədiyyələrdən birinə sahib olacaqlar. Hədiyyə almaq üçün “Mastercard” və “Maestro” kartlarının istifadəçilərinə sadəcə Müştəri Xidmətləri masasına yaxınlaşıb, əməkdaşlara ödəniş qəbzini təqdim etmək kifayətdir. Kampaniya mayın 28-dən iyunun 28-dək davam edəcək və “Mastercard” və ya “Maestro” kartlarının sahibləri aksiyadan gündə bir dəfə yararlana biləcəklər.

“Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar vurğulayıb: “Yerli bazarda uzunmüddətli öhdəliklərinin möhkəmləndirilməsi məqsədi ilə Naxçıvanda bu kampaniyanı həyata keçirməyə fəxr edirik. Biz Azərbaycanı nağdsız ödəniş sahəsində regionun lideri və “Mastercard”ın ən mütərəqqi texnologiyalarını tətbiq edən ilk ölkə kimi görmək istəyirik. Biz, həmçinin, Bakıda keçirilən uğurlu kampaniyaların ərazisini Naxçıvana doğru genişləndirmək və burada bizim qlobal "world beyond cash" baxışımızı təqdim etməyə şadıq”.

“Cahan” supermarketi Naxçıvan şəhəri, Əziz Əliyev küç., 10, ünvanında yerləşir.

 

Вся лента