AccessBank ölkənin ən güclü 5-liyində!

16:48 - 23.08.2022


23 avqust, Fineko/abc.az. İyul ayında açıqlanmış 2022-ci ilin ikinci rüb nəticələrinə əsasən, AccessBank fiziki şəxslərin depozit yatırımlarına görə ölkənin ilk beşlikdə olan bankları arasında yer alıb. Belə ki,  fiziki şəxslərin Banka yerləşdirdikləri depozitlərin həcmi 659 milyon AZN-ni keçib. 

AccessBank-a depozit yerləşdirməyin üstünlükləri:

  • Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz.
  • Sərfəli depozit  faizi əldə edirsiniz.
  • Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.

2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərən AccessBank-ın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilatlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir.

Вся лента