Dmitri Kumsişvili ikinci CEO Lunch Tbilisi-də iştirak edəcək

16:18 - 23.10.2017


Oktyabrın 27-də Gürсüstanda keçiriləcək ikinci CEO Lunch Tbilisi-yə iştirakçıların qeydiyyatı davam edir.

Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyeb məlumat verib. Onun sözlərinə görə, foruma qeydiyyat oktyabrın 26-dək açıq olacaq. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olmalısınız: http://www.caspianenergy.org/index.php/ceo-lunch/item/125-ceo-lunch-tbilisi-gruziya-27-10-2017 

 “Fəxri qonaq qismində CEO Lunch-da Gürcüstanın baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Gürcüstanın maliyyə nazirinin birinci müavini Giorgi Tabuaşvili, maliyyə nazirinin müavinləri Laşa Xutsişvili, Nikolaz Qaqua, Giorgi Kakauridze iştirak edəcəklər", - deyə Telman Əliyev bildirib.

Telman Əliyev CEO Lunch Tbilisi-nin hər bir iştirakçı şirkəti ilə şəxsən söhbət edən, onların problemləri ilə maraqlanan və Azərbaycanla Gürcüstan arasında ikitərəfli iqtisadi və işgüzar münasibətlərin nizamlanmasına dair onların təkliflərini dinləyən Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun şəxsi dəstəyini və iştirakını xüsusilə vurğulayıb.

O həmçinin xatırladıb ki, birinci CEO Lunch Tbilisi sentyabrın 29-da Gürcüstanda Caspian Energy Georgia-nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə təşkil olunub. Üçuncu CEO Lunch Tbilis 1 dekabr tarixində baş tutacag. Telman Əliyev 2018-ci ilin martında Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin Caspian European Club-un dəstəyilə 5-ci Beynəlxalq “Caspian Energy Forum”un keçiriləcəyini əlavə edib. Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır.

“Networking”in aparıcı vasitəsi olan “CEO Lunch” şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və yeni əlaqələr qurmaq məqsədilə təşkil olunur. O qeyd edib ki, Caspian European Club və Caspian American Club “CEİBC” şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda, hər ayın sonuncu cümə günü Tbilisidə CEO Lunch təşkil edir.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasındakı dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin kiçik və orta biznesin və startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.

 

Вся лента