“Nexia EA” MMC-i BNA-da audit işləri aparacaq

17:19 - 24.08.2022


24 avqust, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditini keçirmək məqsədilə “Nexia EA” MMC-ni cəlb edib.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, “Nexia EA” ilə müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri 44,014 min manatdır.

Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb.

Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.

Вся лента