Cavid Qurbanov Bakı şəhərətrafı dəmir yolu xəttinin yenidən qurulması işləri ilə tanış oldu

15:59 - 30.05.2018


30 may, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-in sədri Cavid Qurbanov Bakı şəhərətrafı dəmir yolu xəttinin yenidən qurulması işlərinin icra vəziyyəti ilə tanış olub.

ADY-in məlumatında deyilir ki, Cavid Qurbanov Sabunçu stansiyasında olub.

“Stansiyada yolların və yoldəyişənlərin yenilənməsi, dəmir yolu keçidlərinin (avtomobil yolu ilə kəsişmə) yenidənqurulması, lazımi yerlərdə yerüstü və yeraltı keçidlərin inşası (piyadalar üçün), yolun ətrafının hasarlanması, elektrik təchizatı və işarəvermə ilə rabitə sisteminin gücləndirilməsi, stansiyada binaların və platformaların yenidənqurulması işləri aparılır”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, Cavid Qurbanov Sumqayıt-sərnişin, Biləcəri yuyucu-buxarlayıcı stansiyalarında, Motorlu rels nəqliyyatı, maşın-mexanizmlərin təmiri emalatxanasında olub və yeni texnologiyaların  tətbiqi istiqamətində reallaşdırılan işləri ilə tanış olub.

 

Вся лента