Bakcell rouminqdə WhatsApp-i pulsuz etdi

11:16 - 31.05.2018


3 AZN-dən başlayan qiymətə 40-dan çox ölkədə bol-bol meqabayt və pulsuz WhatsApp

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti rouminq xidmətlərini abunəçilərə daha əlçatan və sərfəli etmək məqsədilə yeni rouminq paketlərini təqdim edib. Yeni paketlər sayəsində müştərilər xarici ölkələrə səyahət edərkən öz ailə üzvləri və yaxınları ilə ünsiyyətdə qala biləcəklər.

“Bakcell”in yeni “Rouminqdə İnternet” paketləri səyahət zamanı internetdən çox istifadə edən müştərilərin ürəyincə olacaq. Türkiyə, Gürcüstan, Rusiya, Almaniya və s. kimi 40-dan çox ölkədə təqdim olunan bu paketlər sayəsində Wi-Fi axtarmağa və ya yerli operatorun SİM kartını almağa ehtiyac qalmadı. Bakcell abunəçiləri gündəlik, həftəlik və ya aylıq “Rouminqdə İnternet” paketlərindən birini əldə edib öz səyahət təəssüratlarını Facebook, İnstagram və digər sosial şəbəkələrdə istədikləri qədər paylaşa biləcəklər. Bundan əlavə, “Rouminqdə İnternet” paketlərin istifadəçiləri WhatsApp-dan tam olaraq pulsuz istifadə edəcəklər (mətn və zənglər üçün):

Paket Trafik həcmi Qiyməti
Gündəlik 100 MB + Pulsuz WhatsApp 3 AZN
Həftəlik 1000 MB + Pulsuz WhatsApp 20 AZN
Aylıq 2000 MB + Pulsuz WhatsApp 30 AZN

“Bakcell”in yeni gündəlik, həftəlik və aylıq “Rouminqdə hamısı daxil” paketləri isə xaricdə olarkən bol meqabaytlar, çoxlu dəqiqə və SMS-lər sayəsində sərfəli qiymətə tam ünsiyyət sərbəstliyini təmin edir:

Paket Trafik, dəqiqə və SMS Qiyməti
Gündəlik “Rouminqdə hamısı daxil” 100 MB +10 dəq. + 10 SMS 5 AZN
Həftəlik “Rouminqdə hamısı daxil” 500 MB + 50 dəq. + 50 SMS 20 AZN
Aylıq “Rouminqdə hamısı daxil” 1000 MB + 100 dəq. + 100 SMS 30 AZN

“Rouminqdə hamısı daxil” paketləri 19 ölkədə təqdim olunmaqla, abunəçilərə öz yaxınları ilə tətil və səyahət həyəcanı və təəssüratları bölüşməyə imkan verir.

Yeni Rouminq paketləri vasitəsilə Bakcell abunəçiləri səyahət zamanı heç bir məhdudiyyət və məsafə hiss etməyəcəklər. Şirkət müasir rabitə xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını qarşılamaq məqsədilə innovativ həllər təklif etməyə davam edəcək.

“Bakcell”in təklif etdiyi rouminq xidmətləri barədə daha ətraflı məlumat www.bakcell.com səhifəsində təqdim olunur.

 


Вся лента