Zərgərlik məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

10:47 - 31.05.2018


31 may, Fineko/abc.az. Azərbaycanın gömrükçüləri  zərgərlik məmulatlarının qanunsuz olaraq ölkəyə gətirilməsinin qarşısını aldılar.

Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir ki, Azərbaycanın hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən ümumi çəkisi təxminən 0,5 kq olan zərgərlik məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alındı.

“İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Baxış zamanı, bəyanatda qeyd edilməmiş 1 ədəd sırğa-üzük-kulon dəsti, 2 ədəd boyunbağı, 3 ədəd üzük, 2 ədəd qolbaq aşkar olunmuşdur”, - məlumatda belə deyilir.

Daha ətraflı baxış nəticəsində hüquq pozanın alt paltarında 28 ədəd qolbaq, 28 ədəd boyunbağı, 7 ədəd üzük, 43 cüt sırğa, 1 ədəd sırğa-üzük-kulon dəsti və 12 ədəd sırğa-üzük dəsti aşkarlanıb.

“Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər zərgərlik məmulatıdır. Məmulatların ümumi çəkisi 486,88 qramdır, məmulat 585 əyarlı qızıldan hazırlanmışdır.

Fakt üzrə araşdırma aparılır.

 


Вся лента