BNA elektron avadanlıq alışına böyük məbləğ xərcləyəcək

17:15 - 31.08.2022


31 avqust, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) elekton avadanlığın alışı və quraşdırılmasına 831,154 min manat yönəldəcək.

ABC.AZ İnterfaks-a istinadən xəbər verir ki, bunun üçün "ARIS" şirkəti ilə müvafiq müqavilə imzalanıb.

Müqavilə yeni nəsil divara quraşdırılmış təhlükəsizlik sistemlərinin, simsiz şəbəkə avadanlıqlarının, kommutator modemlərinin alınması və quraşdırılmasını nəzərdə tutur.

 

Вся лента