Mənfəət vergisini vaxtından əvvəl ödəyən banklar

14:30 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.

ABC.AZ "Renkinq"-ə istinadla  xəbər verir ki, bunlar "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Bank of Baku", “Bank Respublika”, "Xalq Bank", "Express Bank", “Azərbaycan Sənaye Bankı” və “Günay Bank” ASC-lər, eləcə də "Yapı Kredi Bank Azərbaycan" QSC-dir.

Adları çəkilən banklar bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə ümumilikdə 91,82 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (36,41 milyon manat), ən aşağı göstərici isə “Günay Bank”da (187 min manat) qeydə alınıb. 

Вся лента