Yaponiya şirkəti Sumqayıt Kimya Parkına investisiya qoya bilər

16:48 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Sentyabrın 5-də “İTOCHİ Oil Exploration Co” Ltd-nin prezidenti Takumi Hiraganın rəhbərlik etdiyi Yaponiya şirkətlərindən ibarət nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub.

ABC.AZ xəbər verir ki, görüşdə Yaponiya şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonra Yaponiya nümanyəndə heyəyi Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel və Elektrik Avadanlıqları zavodlarında istehsal prosesi ilə tanış olub.

Müəllif: Elmir Murad

Вся лента