“Altes Park” yaşayış kompleksi Nazirlər Kabinetinin qərarına məhəl qoymur - İddia

12:07 - 7.09.2022


7 sentyabr, Fineko/abc.az. “Yaşadığımız 19 mərtəbəli yaşayış kompleksindən cəmi 3-5 metr aralıqda, Azərbaycanın bir sıra qanunlarını və normativ aktlarını, o cümlədən tikinti, təhlükəsizlik və şəhərsalma qaydalarını kəskin şəkildə pozan, sənədi olmayan 9 mərtəbəli bina inşa edilir”.

ABC.AZ xəbər verir ki, bu şikayətlə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-cı məhəllə ünvanında yerləşən, 19 mərtəbəli “Altes Park” yaşayış kompleksinin sakinləri müraciət edib.

Sakinlər iddia edirlər ki, tikili binanın əsas fasadının, yəni insanların yaşadığı mənzillərin balkon və pəncərələrinə yaxın məsafədə inşa edilir:

“Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli qərarının 9-cu bəndinə əsasən binalararası ara məsafə, bina hündürlüyünün 0,6 hissəsindən az olmamalıdır, yəni 19 mərtəbəli binanın hündürlüyü 70 metr təşkil edirsə, onun fasadına ən yaxın bina ən azı 42 metr aralıqda tikilməlidir. Amma binanı tikənlər bu qərara məhəl qoymurlar”.


Вся лента