“Azəri Light” markalı neftin qiyməti yüksəlir

12:36 - 1.06.2018


1 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,87 dollar (1,11%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,46 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin iyul ayının fyuçersinin  qiyməti  keçən ticarətin yekunlarına qarşı  0,17 dollar (0,25%) yüksəlib (bir barelə 67,04 dollar) və hazırda 67,21 dollar/barelə təşkil edir.

Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin iyul fyuçersinin qiyməti keçən ticarətin yekunlarına qarşı  0,22 dollar (0,28%) yüksəlib (bir barelə 77,56 dollar) və hazırda 77,78 dollar / barelə təşkil edir.

“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi hazırda 10,57 dollar / barelə təşkil edir.

 

Вся лента