Zakir Qaralovun bacısının rəhbərlik etdiyi xəstəxanada maxinasiya – Foto

17:36 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. Abşeron Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 2017-ci ilin yanvar ayından 2021-ci ilin noyabr ayına qədərki maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən yoxlama zamanı işçilərə fasiləsiz əmək stajına görə vəzifə maaşının 30 faizi əvəzinə 40 faizi məbləğində əlavə haqq kimi ödənildiyi aşkar edilib.

ABC.AZ xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, koronavirusla mübarizə tədbirlərinə cəlb olunan bəzi qeyri-tibb işçilərinə isə aylıq vəzifə maaşının 3 misli əvəzinə 5 misli məbləğində müddətli əlavə ödənildiyi ortaya çıxıb. Qeyd edilib ki, həmçinin, normadan artıq ərzaq məhsullarının istifadəsinin rəsmiləşdirildiyi, menyu-tələbnamələrdə xəstələrin saylarının artırılması hesabına ərzaq məhsullarının qanunsuz uçotdan silindiyi, eləcədə, təbii qaz xərcinin artıq ödənildiyi müəyyən edilib.

Qeyd edək ki, sözügedən xəstəxananın baş həkimi sabiq baş prokuror Zakir Qaralovun bacısı Mehriban Qaralovadır.

Müəllif: Elmir Murad

Вся лента