Aprel ayında Azərbaycan banklarının aktivləri təxminən 1% azalıb

17:22 - 1.06.2018


1 iyun, Fineko/abc.az. Azərbaycanın bank sisteminin 30 aprel 2018-ci il tarixinə olan cəmi aktivləri,  yanvarın 1-nə təşkil edən 27,9 milyard manatla müqayisədə, 27,7 milyard manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında əsasən, hesabat dövründə bankların öhdəlikləri 23,8 milyard manat təşkil edib.

“Bank sektorunun balans kapitalı 3,9 milyard manat, əhalinin əmanətləri isə 7,8 milyard manat olub”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, 2018-ci ilin aprel ayı ərzində bank sektorunun aktivləri 0,9% (256 mln. manat), öhdəlikləri 1,1% (258 mln. manat) azalıb, kapitalı isə 0,04% (2 mln. manat) artıb.

Ölkədə 511 filialı, 143 şöbəsi, 2 467 bankomatı olan 30 bank mövcuddur.

Bank işçilərinin sayı 16 503 nəfər təşkil edir ki, bu göstərici də aprel ayında 0,7% və ya 114 nəfər artıb.

 

Вся лента