Almaniya Rosneft-in aktivlərinin müsadirə olunduğunu elan edir

15:19 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. Almaniya hökuməti Rusiyanın “Rosneft” şirkətinin ölkə ərazisində yerləşən aktivlərini müsadirə edib.

ABC.AZ xarici mətbuata istinadla xəbər verir ki, bu bardə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi (BMWK) rəsmi açıqlamasında bildirib.

Bəyanatda deyilir ki, federal hökumət Rosneft Deutschland GmbH (RDG) və RN Refining & Marketing GmbH (RNRM) şirkətlərini Enerji Təhlükəsizliyi Aktı əsasında Federal Şəbəkə Agentliyinə etibar edib.

“Beləliklə, Federal Şəbəkə Agentliyi Rosneft Deutschland üzərində, eləcə də üç neft emalı zavodunda (NEZ) - PCK (Schwedt), MiRo (Karlsrue) və Bayernoil (Voburq) müvafiq səhmləri üzərində nəzarəti ələ keçirir”, - departament qeyd edir.

Almaniya nazirliyinin məlumatına görə, “Rosneft Almaniyanın bütün neft emalı gücünün təxminən 12%-ni təşkil edir - bu, ölkənin ən böyük neft müəssisələrindən biridir.

Вся лента