Daşıma şirkətlərinə haqsızlıq - 7,5 milyon "BakuBus"a verilib

12:14 - 27.09.2022


27 sentyabr, Fineko/abc.az. Məlum olduğu kimi ötən gün Bakı şəhərində fəaliyyət göstərən sərnişindaşıma şirkətləri Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135S saylı qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün ayrılan 280 milyon manatdan (tədbirlər planın 10-cu bəndi) onlar üçün nəzərdə tutulmuş hissənin ödənilmədiyini bəyan ediblər.

ABC.AZ xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədrinin müşaviri Faiq Abbasov dövlətin daşıyıcı şirkətlər üçün ayırdığı 7,5 milyon manatın “Bakubus” MMC-yə ayrıldığını bildirib.

"İctimai" televiziyada çıxış edən BNA rəsmisi Bakı şəhərində sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlərə ayrılmış vəsaitin hansı səbəbdən onlara ödənilməməsi ilə bağlı fikir bildirməyib. O, 7.5 milyon manatın “Bakubus”a pandemiyanın nəticələrinin aradan qaldırılması ilə bağlı verildiyini qeyd edib.

 

Вся лента