Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ləğv edilmiş bankların əmlakını satır

12:10 - 4.06.2018


4 iyun, Fineko/abc.az. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu  (AƏSF) ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərrac haqqında elan edib.

AƏSF-in məlumatında deyilir ki, bankların əmlakı 63 lot üzrə satışa çıxarılacaq.

“Hərraca  “Bank Standard”,  “Texnikabank”, “Zaminbank”,  “Royalbank” və “Bank of Azerbaycan”ın daşınar və daşınmaz əmlakları çıxarılacaq. Hərraclar iyunun 11-də, iyunun 25-də və iyulun 2-də keçiriləcək”, - məlumatda belə deyilir.

 

Вся лента