BHNA, 2018-ci ildə yanacaq və əmək xərclərinin artması səbəbindən aviaşirkətlərin mənfəət proqnozunu endirdi

15:26 - 4.06.2018


4 iyun, Fineko/abc.az. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (BHNA) 2018-ci ildə dünya aviaşirkətlərinin ümumi xalis gəlirlərinin  proqnozunu, dekabr ayında gözlənilən 38,4 milyard dollardan 33,8 milyard dollaradək endirdi.

Təşkilatın proqnozlarına görə, daşıyıcıların gəlirləri 834 milyard dollar olacaq ki, bu da 2017-ci ildəki nəticələrdən 10,7% çoxdur.

“Xalis gəlirin proqnozunun yenidən nəzərdən keçirilməsinin əsas səbəbi, aviaşirkətlərin, ilk növbədə yanacaq və işçi qüvvəyə artan xərcləridir. Təşkilatın qiymətləndirilməsinə görə, “Brent” markalı xam neftin orta illik dəyəri, bir  barelə 70 dollar təşkil edəcək. Bu, 2017-ci ilin göstəricisindən  27,5%, ekspertlərin əvvəlki proqnozundan 16,7% çoxdur. Eyni zamanda, aviasiya yanacağının qiyməti, gözlənildiyi kimi, 25,9% artaraq, 84 dollar / barelə təşkil edəcək. Yanacağa edilən xərclər, aviaşirkətlərin ümumi əməliyyat xərclərinin 24%-dən çoxunu təşkil edəcək”, - deyə  BHNA  qeyd edir.

Eyni zamanda, kapital xərclərinin artması gözlənilir: 2018-ci ildə aviaşirkətlərə, 2017-ci ilin yekununda qeyd edilən 1,722 minə qarşı, 1,9 mindən çox təyyarə tədarük ediləcək. BHNA-nın məlumatına görə, 2018-ci ildə sərnişin aviadaşımaları 7% artacaq. Bu, 2017-ci ildə qeyd olunan illik 8,1% artımdan azdır, lakin altı il ardıcıl olaraq, orta hesabla 20 il (5,5%) ərzində qeyd edilən göstəricidən  daha sürətlidır.

2017-ci ildə aviaşirkətlər  rekord 38 milyard dollar  qazanmış, BHNA-nin qiymətləndirməsi  isə təxminən 34,5 milyard ABŞ dolları səviyyəsində idi. Lakin rəqəmlərin fərqini ekspertlər bir dəfəlik vergi güzəştləri ilə izah edirlər ki, bu güzəştlər mənfəətin  artmasına səbəb olmuşdur.

BHNA,  ümumdünya  hava daşımalarının 80%-dən çoxunu yerinə yetirən 290 aviaşirkəti birləşdirir.

 

Вся лента