Hazırda 40 "KOB dostu" mərkəzləri pulsuz sahibkarlara dəstək verir

29.09.2022,16:52


29 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) hazırda regionlarda geniş fəaliyyət göstərir.

ABC.AZ xəbər verir ki, bunu KOBİA-nın sədri Orxan Məmmədov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

"Biz tez-tez regionlarda görüşlər keçiririk, onlara dəstək veririk. Hazırda 40 "KOB dostu" mərkəzləri pulsuz olaraq saibkarlara məsləhət və dəstək verir. Ancaq bizim hazırda illik büdcəmiz 20 milyon manatdır ki, bunun da 10 milyon manatı maaşların verilməsinə yönəldilir. Qalanı ilə isə nə qədər mümkünsə o qədər dəstək veririk", - O.Məmmədov bildirib.