Rusiya sahibkarlarının 30 milyard avro vəsaiti donduruldu

17:06 - 30.09.2022


30 sentyabr, Fineko/abc.az. Avropa İttifaqı və “G-7”liyə daxil olan dövlətlər Rusiya sahibkarlarının bank hesablarındakı 30 milyard avro maliyyə vəsaitini dondurub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Didyer Reynders Madriddə keçirilən “Yeni iqtisadiyyat” forumundakı çıxışında bildirib.

Onun sözlərinə görə, Avropadakı oliqarxların bu müddət ərzində 14,6 milyard avro maliyyə vəsaitini dondurmaq mümkün olub: “Böyük yeddilik”lə birlikdə bu rəqəm 30 milyard avro təşkil edib".

Komissar deyib ki, Rusiya Mərkəzi Bankının isə ehtiyatından 300 milyon avro vəsait müsadirə olunub.

Вся лента