İlham Əliyev: IGB layihəsi tarixi əhəmiyyətə malikdir

10:33 - 3.10.2022


3 oktyabr, Fineko/abc.az. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir.

ABC.AZ xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimindəki çıxışında söyləyib.

Bu il Bakıda Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlət başçısı qeyd edib ki, bu Memoranduma əsasən Azərbaycan 2027-ci ilədək Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırır.

Вся лента