“The Jerusalem Post”: ASAN - Azərbaycanın dövlət xidmətlərinin “Disney dünyası”

24.10.2017,11:13


Amerikalı jurnalist Nurit Qrinqerin “The Jerusalem Post”da “ASAN - Azərbaycanın dövlət xidmətlərinin “Disney dünyası”” adlı məqaləsi dərc olunub.

Nurit Qrinqer Azərbaycana səfəri zamanı “ASAN xidmət” mərkəzində olub və məqaləsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzlərinin bürokratiyaya qarşı mübarizədə unikal bir yanaşma olduğunu bildirib.

Bundan başqa məqalədə mərkəzlərin vətəndaş və dövlət qulluqçusu arasında körpü rolu oynadığı, korrupsiya hallarının qarşısının alındığı, şəffaflığın maksimum səviyyədə təmin olunduğu vurğulanıb.

Hazırda mərkəzlərdə vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən  xidmətlərlə yanaşı özəl şirkət və müəssisələr tərəfindən 250-ə yaxın xidmətlərin təqdim olunduğu bildirilib. Həmçinin 10 avtobus  və qatar vasitəsi ilə ASAN mərkəzlərinin olmadığı regionlarda səyyar formada vətəndaşlara xidmət göstərilməsindən bəhs olunub.

Məqalədə “ASAN xidmət” modeli və onun uğurlarına toxunularaq 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülməsi xüsusilə qeyd olunub.

Eyni zamanda məqalədə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin fəaliyyətindən də bəhs olunub.

Mənbə:http://www.jpost.com/Blogs/Think-With-Me/Social-Services-Disney-World-is-ASAN-in-Azerbaijan-508106

 

Ключевые слова: ASAN