Aİ və British Council Azərbaycanda mədəniyyət və yaradıcılığı inkişaf etdirməyi təklif edir

11:15 - 24.10.2017


Bakıda “İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq” Forumu keçiriləcək.

“British Council”-dan verilən məlumata əsasən,  26 oktyabr tarixində Bakıda “İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq” Milli-Mədəni forumu keçiriləcək. Tədbir Avropa İttifaqı  "Mədəniyyət və Yaradıcılıq" Proqramı çərçivəsində həyata keçirilir.

Məlumatda bildirilir: “120-dən çox insanın dəvət olunduğu Forumda Mədəniyyət və Təhsil Nazirliklərinin nümayəndələri, Avropa İttifaqının və "British Council"ın nümayəndəliklərinin üzvləri, aparıcı avropalı ekspertlər, yaradıcı sahibkarlar, rəssamlar, mədəniyyət menecerləri, profil təşkilatlarının nümayəndələri və  digər əlaqədar şəxslər iştirak edəcək”.

Həmçinin məlumatda qeyd edilir ki, Forumun keçirilməsində əsas məqsəd mədəniyyət və yaradıcılıq sahələrinin potensial imkanlarına diqqəti cəlb etməkdən, Azərbaycanda yaradıcılıq sahələrinin inkişafının əsas mərhələlərini müəyyən etməkdən və maraqlı tərəflər üçün tövsiyələr verməkdən ibarətdir.

Forumun iştirakçıları Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsi ilə tanış olacaq. Forum zamanı beynəlxalq mütəxəssislər qabaqcıl təcrübə barədə danışacaq. Forum zamanı Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən iki araşdırma – “UNESCO-nun mədəniyyətin inkişafı üçün müəyyən etdiyi göstəricilərin araşdırılmasının nəticələri” və “Azərbaycanda yaradıcılıq sahələrinin inkişafına dair tövsiyələr - imkanlar və problemlər” ilə tanış olmaq mümkün olacaq.

Forum çərçivəsində Azərbaycanda mədəni və yaradıcılıq sənayelərin inkişafının uğurlu yerli nümunələri, həmçinin, maliyyələşdirməyə və tərəfdaşlığa ehtiyac duyan layihələr təqdim ediləcək.

 

Вся лента