OPEC+ hasilatın azaldılması barədə qərar qəbul edib

16:06 - 6.10.2022


6 oktyabr, Fineko/abc.az. OPEC+ dünən Vyanada keçirilən toplantısında pandemiyadan sonra ən böyük hasilatın azaldılması barədə qərar qəbul edib. Bu qərardan sonra Goldman Sachs-dan Morgan Stanley-ə qədər bir çox qurum neft qiymətləri ilə bağlı proqnozlarını yuxarıya doğru dəyişib.

ABC.AZ xəbər verir ki, OPEC+ Nazirlər Komitəsinin iclasında hasilatın gündəlik 2 milyon barel azaldılması qərara alınıb.

Bu, OPEC+ın 2020-ci ildən bəri ən böyük hasilatı azaltmasıdır. Qərardan sonra bəzi qurumlar da neft bazarı ilə bağlı proqnozlarını yeniləyiblər.

Вся лента