Bakıda “Gecə qabarması” filminin çəkilişlərinə başlanıldı

10:11 - 5.06.2018


Bakıda rejissor İsmayıl Səfərlinin “Gecə qabarması” tammetrajlı filminin çəkilişlərinə başlanıldı.

Film, atasını balıqçılıq edən zaman itirən Sara adlı on dörd yaşlı qızın həyatından bəhs edilir. Atasının cəsədi tapılmadığı üçün Sara onun itkisi ilə barışmaq istəmir və haqlı olduğunu sübut etmək üçün ailəsinin və bütün kəndin adət-ənənələrinə qarşı çıxır. O, əmindir ki, itən balıqçı kəndin üzərinə çökən bədbəxtliyin səbəbinə çevrilmişdir.

Ssenarinin həmmüəllifi Mariya Zelinskayadır. Aleksandr Rodnyanski, Serqey Melkumov və Mariya İbrahimova layihənin prodüsserləridir. Filmin istehsalında iki kino şirkəti: Rusiya tərəfdən Non-Stop Production, Azərbaycan tərəfdən isə Cinex Productions iştirak etmişdir.

İsmayıl Səfərli Moskvada Dmitri Mamulinin rəhbərliyilə yeni kino məktəbində dərs almış, onun “Sükunət dənizi” qısametrajlı filmi “Hərəkat” müsabiqəsində iştirak etmiş, “Gecə qabarması” filmini isə ilk dəfə keçən il “Kinotavr” layihələri bazarına təqdim edərək, ekspertlərinin səsverməsinin nəticələrinə görə qalib olmuşdur.

Çəkilişlər Xəzər dənizi sahillərində, Nardaran qəsəbəsində aparılır. Filmin baş rolunda - Həmail Həsənova. Filmdə Günəş Mehdizadə, Rəsim Cəfər, Vüsal Əzizov, Fərid Aslanov, Qurban İsmayılov və başqaları çəkilmişdilər. Filmin müəllifinin sözlərinə görə “Gecə qabarması” – “böyümə haqqında fəlsəfi, sehirli süjet xətti olan hekayədir”. Film 2019-cu ildə nümayiş olunacaq.

 

 


Вся лента