BNA-da milyonluq tenderləri hansı şirkət udur?

14:39 - 10.10.2022


10 oktyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyinin (BNA) iri məbləğli tenderlərinin əsas qalibi “Techmaster” MMC-dir.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat yerli mətbuatda yayılıb.

Qeyd edilib ki, 2020-2022-ci illərdə BNA ilə şirkət arasında bağlanmış satınalmış müqavilələrinin toplam maliyyə dəyəri 14 348 469.34 AZN təşkil edir.

2020-ci ildə BNA ilə şirkət arasında 3 satınalma müqaviləsi imzalanıb.

Maliyyə dəyəri 4 509 927.13 AZN təşkil edən müqavilədə yeni işıqfor məntəqələrinin təşkili üçün işıqfor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işləri, maliyyə dəyəri 1 799 835.12 AZN təşkil edən müqavilədə sahə avadanlıqlarının tam gücü ilə işləməsi üçün mövcud struktur və sistemlərə 12 aylıq texniki xidmətin, maliyyə dəyəri 2 069 545.29 AZN təşkil edən müqavilədə isə işıqfor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsi, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsi, habelə mövcud işıqfor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsi məqsədilə mal, iş və xidmətlərin satın alınması nəzərdə tutulur.

Beləliklə, bir ildə BNA-dan “Techmaster” MMC-yə 8 379 307.54 AZN vəsait “axıb”.

Вся лента