Mikayıl Cabbarov: sahibkarların vergi islahatlarından məmnunluğu, onlara riayət olunması səviyyəsindən asılı olacaq

11:50 - 5.06.2018


5 iyun, Fineko/ abc.az. Azərbaycan Respublikasının vergilər naziri, ilk növbədə kölgə iqtisadiyyatının azaldılmasına yönəldiləcək vergi islahatları barədə bir daha  elan etdi.

Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Cabbarov Azərbaycan və Avropa İttifaqı arasında keçirilən 4-cü Biznes Forumunda çıxış edərək bildirib ki, sahibkarların bu islahatlardan məmnunluq səviyyəsi, onların həmin islahatlara riayət etməsi  səviyyəsindən asılı olacaq.

“Bundan başqa, Nazirlik vergi idarəçiliyinin sadələşdirilməsi üzrə tədbirlər görür. Belə ki, dörd ay ərzində ötən ilin eyni dövrü ilə müqayisədə, yoxlamaların sayı 40% azalıb. Bu siyasət davam etdiriləcək və biz inanırıq ki, yoxlamaların miqdarı və keyfiyyəti arasında müəyyən çərçivə yaradılacaq”, - deyə nazir bildirib.

 

 

Вся лента