İyunun 6-da gözlənilən hava haqqında məlumat

13:59 - 5.06.2018


5 iyun, Fineko/abc.az. Sabah, iyunun 6-da Bakıda və Abşeronda hava əsasən yağmursuz olacaq, səhər saatlarında  arabir zəif duman olacaq. Şimal-qərb küləyi gündüz istiqamətini dəyişərək, mülayim cənub küləyinə keçəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 16-18, gündüz 26-31 isti, Bakıda gecə 16-18, gündüz 28-30 dərəcə isti təşkil edəcək.

Atmosfer təsyiqi 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70%, gündüz 45-50% təşkil edəcək.

Sabah, iyunun 6-da Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi üstünlük təşkil edəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 19-20 dərəcəyə yüksələcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi üstünlük təşkil edəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcəyə yüksələcək.

Sabah, iyunun 6-da Azərbaycanın bölgələrində əsasən yağmursuz hava gözlənilir, lakin səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yaşacağı ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

 

Вся лента